ORDUMUZUN ÜÇ HƏRBİ QULLUQÇUSU ŞƏHİD OLUB - Adlar + FOTOLAR

****

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah Şəhidlərimizin məqamını uca eləsin, İnçəAllllah!

Qeyd edək ki, şəhid olan hərbçilərin üçü də gizir olub.

Şəhid olan hərbçilərimizin fotolarını təqdim edirik:


 Zalov Vidadi Nizami oğlu

Həsənov Elşad Qabil oğlu

Tağıyev Səbuhi Gündüz oğlu

635x100

Şərhlər

t.ədalət 2023-04-11 22:13:01

Şəhid olanlar biz-Vətən uğrunda canını əsirgəməyənlər,ölkənin gülünü dərənlər və vəzifələri pay-püşk edənlər isə ordudan yayınanlar, rusiyada təhsil alan,rusiyaya bağlı olanlardır.

Perviz 2023-04-11 21:44:29

Allah rəhmət eləsin

Son yazılar