Menu

Serbiya da Ukraynaya silah verirmiş – Məxfi sənədlərdən məlum olub

12.04.2023, 11:19
Serbiya da Ukraynaya silah verirmiş – Məxfi sənədlərdən məlum olub

Qərb mətbuatına sızdırılan Pentaqonun məxfi sənədlərində diqqət cəlb edən məqamlardan biri də Serbiya ilə bağlıdır.

“AzPolitika.info” xəbər verir ki, həmin sənədlərdə Ukraynaya hərbi yardım edən ölkələr sırasında Serbiaynın da adının keçməsi böyük marağa səbəb olub.

“Reuters” agentliyinin bu barədə paylaşdığı yazıda qeyd olunur ki, məxfi sənədlərdə Serbiyanın Ukraynaya silah göndərməyə razılaşdığı, hətta böyük ehtimalla artıq bu silahları göndərdiyi bildirilir. Qeyd olunur ki, Serbiya rəhbərliyi Ukrayna hərbçilərinə öz ərazisində təlim keçməyə razı olmasa da, silah göndərməyə razılaşıb.

Xatırladaq ki, Serbiya Avropada Rusiyanı dəstəkləyən nadir ölkələrdən biridir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol