Menu

Şəhid Səbuhi Tağıyevlə vida mərasimi keçirilib - FOTOLAR + VİDEO (Yenilənib)

12.04.2023, 14:58
Şəhid Səbuhi Tağıyevlə  vida mərasimi keçirilib - FOTOLAR + VİDEO (Yenilənib)

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşi tutması nəticəsində şəhid olan Səbuhi Gündüz oğlu Tağıyevin nəşi ailəsinə təhvil verilib.

Mərhumun cənazəsi Naxçıvan MR Şahbuz rayonunun Badamlı qəsəbəsinə gətirilib.

Şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edinlər.

Sonra Şəhidimiz Səbuhi Gündüz oğlu Tağıyevin cənazəsi Şahbuz rayon Badamlı qəsəbə qəbiristanlığına gətirilib.

Şəhidimizin cənazə namazı qılınıb.

Şəhid Səbuhi Tağıyevin nəşi torpağa tapşırılıb.

***

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvan Muxtar Respublikasına yola salınıb.

"Report"un yerli bürosu xəbər verir ki, onun nəşi bu gün ailəsinə təhvil veriləcək.

Şəhidin cənazəsi Şahbuz rayonu Badamlı qəsəbəsində dəfn olunacaq.

Qeyd edək ki, şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Şada kəndində anadan olub. O, sonradan ailəsi ilə birlikdə Badamlı qəsəbəsinə köçüb.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Şərhlər

X 2023-04-12 16:18:49

YARIMÇIQ HƏYAT YARIMÇIQ HƏYƏT YARIMÇIQ AILE. MƏKANI CƏNNƏT OLSUN
ALLAH KAFIRLƏRƏ LƏNƏT ELƏSIN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol