Rusiya ordusu Ukraynada hərbi cinayətlər törətməkdə davam edir.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu dəfə adı çəkilməyən bir Ukrayna əsgərinin sağ ikən başının rus əsgərləri tərəfindən kəsilməsinin görüntüləri yayılıb.
Xəbərdə qeyd olunur ki, bu cinayət Baxmut şəhərində baş verib. Burada gedən döyüşlərdə əsir düşən Ukrayna əsgərinin nümayişkəranə şəkildə başı kəsilib və bu cinayət videoya çəkilərək paylaşılıb.
Kremlin təbliğatçılarından olan Aleksey Milçakov bu cinayətin görüntülərini fəxrlə paylaşaraq, “hələ çox belə videolar üzə çıxacaq”, - deyə öyünüb.
“AzPolitika.info”


Şərhlər