Menu

Daha bir məxfi məlumat yayıldı – Belarusda Rusiya təyyarəsini kimlər partladıb?

12.04.2023, 14:25

Fevralın 26-da Belarusun "Maçulişçi" aerodromunda baş verən partlayışda Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməkdaşlarının iştirak etməsi faktı açıqlanıb. Hücum nəticəsində Rusiyanın "A-50" hərbi təyyarəsi zərər görüb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Economist” Pentaqonun ötən həftə sızdırılmış məxfi məlumatlarına istinadən yazır. Qəzet yazır ki, Amerika kəşfiyyatının sənədlərindən belə çıxır ki, aerodromda insidentdə iştirak edən SBU agentləri öz komandanlığının əmrinə zidd hərəkət ediblər.

“The Economist” qeyd edir ki, Vaşinqton bu məlumatı elektron kəşfiyyatın köməyi ilə öyrənib. Nəşr aydınlaşdırır ki, Rusiya təyyarəsinə hücumunun qiymətləndirilməsi “tam məxfi” qrifli sənəddə yer alıb.

Ukrayna tərəfi hələlik nəşrə münasibət bildirməyib.

Xatırladaq ki, fevralın 26-da Belarusun hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən yaradılmış BYPOL müxalifət hərəkatı Minskdən 12 kilometr aralıda yerləşən "Maçulişçi" aerodromunda dronların köməyi ilə Rusiya təyyarəsinə hücum təşkil edib.

Rsəmi qurumlar əvvəlcə bu xəbəri şərh etməyiblər, daha sonra təyyarənin havada olan videosunu nümayiş etdirərək dəyən ziyan haqqında hesabatın yalan olduğunu açıqlayıblar. Sonradan məlum oldu ki, zədlənən təyyarə Rusiyanın Taqanroqa şəhərinə aparılıb.

Martın 7-də Belarus hakimiyyəti Rusiya pasportuna malik olan Krivoy Roqdan adlı şübhəlinin həbs edildiyini açıqlayıb. Daha sonra dindirilmə zamanı özünü Nikolay Şvets kimi təqdim edən saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə iki pilotsuz uçan aparatın köməyi ilə təyyarəni partlatdığını bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin insidentdə iştirakını rədd edib. Ukrayna Prezidentinin ofisi təxribatda partizanların iştirak etdiyini bəyan edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol