Bu gün Ermənistan parlamenti 65 lehinə, 0 əleyhinə səslə müxalif “Hayastan” fraksiyasının üzvü Mher Saakyanı deputat toxunulmazlığından məhrum edib.
“AzPolitika.info” xəbərverirki, dünənbaş prokuro Anna Vardapetyan belə bir petisiya ilə parlamentə gəlib. O, xüsusilə xuliqanlıq və sağlamlığa yüngül xəsarət yetirmə maddələri ilə cinayət işinin başlanmasını təklif edib və bunun üçün parlamentin razılığı tələb olunub.
Təxminən iki həftə əvvəl parlamentin Dövlət və hüquq məsələləri komissiyasının iclasında “Hayastan” fraksiyasının deputatı komissiyanın hakim partiyadan olan sədri Vladimir Vardanyanın qaşına yumruq vurub. Hadisədən sonra Mher Saakyan parlamentdə polis tərəfindən saxlanılıb, o, üç günlük həbs edilib.
Müxalifət bildirib ki, Mher Saakyan özünü müdafiə edib. Lakin Baş Prokurorluq özünümüdafiə versiyasını təkzib edib.
“İttiham tərəfinin mövqeyi ondan ibarətdir ki, zəruri müdafiəyə ehtiyac yox idi”, - Anna Vardapetyan bildirib.
Mher Saakyan isə parlamentdə bildirib ki, o, xuliqanlıqda ittiham olunsa da, özünümüdafiəyə əl atmağa məcbur olub.
“AzPolitika.info”


Şərhlər