Menu

TÜRKİYƏDƏ DAHA BİR PARTİYA SEÇKİDƏN ÇƏKİLDİ – “Cümhur İttifaqı”nı və Ərdoğanı dəstəkləyəcəyik”

12.04.2023, 17:36
TÜRKİYƏDƏ DAHA BİR PARTİYA SEÇKİDƏN ÇƏKİLDİ – “Cümhur İttifaqı”nı və Ərdoğanı dəstəkləyəcəyik”

Böyük Türkiyə Partiyası (BTP) mayın14-də, prezident seçkisi ilə eyni gündə keçiriləcək parlament seçkisindən çəkilib.Partiyanın sədri Hüseyn Durmaz mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə partiya olaraq iştirak etməyəcəklərini açıqlayıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər veri ki, H. Durmaz əvvəlcədən Ali Seçki Qurumuna (YSK) təqdim etdikləri millət vəkilliyinə namizədlərin siyahısını geri götürdüklərini bildirib.

2023-cü il seçkilərini Türkiyə üçün son dərəcə əhəmiyyətli hesab etdiklərini bildirən Durmaz, “Böyük Türkiyə Partiyası” olaraq “Cümhur İttifaqı”nı və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bildirib.

Durmaz, bütün seçki kampaniyası boyunca R.T Ərdoğanın lehinə çalışacaqlarını vurğulayıb.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol