Menu

Nazirlik Dendrologiya İnstitutu ilə bağlı məsələyə aydınlıq gətirib

12.04.2023, 17:37
Nazirlik Dendrologiya İnstitutu ilə bağlı məsələyə aydınlıq gətirib

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutundakı vəziyyətlə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətdədir.

"Dendrologiya İnstitutunun hüquqi statusuna edilən müvafiq dəyişiklikdən sonra qurumun bütün əmədaşlarının əməkhaqqıları vaxtında ödənilir. Dendrologiya İnstitutuna yeni ərazinin ayrılması Nazirlik tərəfindən hazırda müzakirə olunur və yaxın vaxtda problem həllini tapacaq" - deyə cavabda bildirilib.

Qeyd edək ki, Dendrologiya İnstitutunun bir qrup əməkdaşı Dendrologiya bağında təmir işləri aparılan zaman bütün bazanın məhv edildiyini iddia ediblər. Avadanlıqların əllərindən alınacağı barədə təhdidlər aldıqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol