Menu

"95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib" - Palata

12.04.2023, 17:56
"95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib" - Palata

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermer (yəni, kənd təsərrüfatı məhsullarının istehsalçısı) kimi qeydiyyatda olmayan 2020-ci ildə 510 sayda, 2021-ci ildə 2049 sayda rezident hüquqi və ya fiziki şəxsə texnikaların və avadanlıqların alışı üzrə 40% güzəşt maliyyə təminatı qismində verilib.

“APA-Economics” Hesablama Palatasına istinadən xəbər verir ki, ümumilikdə bu məqsədlə 95 milyon 6,4 min manat məbləğində vəsait (həmin güzəşt üzrə xərclənmiş ümumi vəsaitin 65,7%-i) verilib ki, bu da vergi güzəştləri və azadolmalarının tətbiqi üzrə dövlət siyasəti ilə uyğunsuzluqlar yaradıb.

Qeyd edək ki, texnikaların(kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, suvarma sistemləri dəstinin və avadanlıqların) 40%-lik güzəşt hissəsinin maliyyələşdirilməsi ilə reallaşdırılan alışı prosesində daxili nəzarətin malların bir vergi ödəyicisindən digərinə hərəkətini təsdiqləyən elektron qaimə-fakturalar üzərindən həyata keçirilməməsi dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyətinin müəyyənləşdirilməsini mümkünsüz edib.

Şərhlər

Mühasib 2023-04-12 18:09:48

Bunun səbəbini kənd təsərrüfatı naziri olmuş inam Kərimovdan soruşulmalıdır.95 nilyin az məbləğ deyil.Geri qayrarılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol