Menu

Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib

12.04.2023, 18:55
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maralçyan tutduğu vəzifədən azad edilib.

"Report" xəbər verir ki, bu barədə sərəncam Ermənistan Prezidentinin saytında dərc olunub.

Maralçyanın istefa təklifi baş nazir Nikol Paşinyandan gəlib. Prezident Vaaqn Xaçaturyan bunu qəbul edib və müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Maralçyan 2020-ci il oktyabrın 26-da Ermənistan MTN-nin Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Şərhlər

B.Qarabağlı 2023-04-12 20:01:56

Bu qərar gərəkli, ya qonşuluq münasibətinə uyğun görünür. Məncə, hər iki tərəf heç görüşmədən də milyardlarla dünya əhalisinin gündəlik istifadə etdiyi telefonla çox məsələni 3cü tərəfsiz də həll edə bilərlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol