Menu

Bakıda gözəllik salonunda qadın qətlə yetirilib

13.04.2023, 13:10
Bakıda gözəllik salonunda qadın qətlə yetirilib

Bakıda gözəllik salonunda qadın qətlə yetirilib.

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məluat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol