Menu

Yeni nüvə savaşına doğru?

18.11.2014, 22:49
Yeni nüvə savaşına doğru?

Pol Kreyq Roberts ABŞ-Rusiya müharibəsinin olacağını dedi

ABŞ-da prezident seçkilərində Hillari Klinton qalib gəlsə, bu, Rusiya ilə yeni nüvə müharibəsinə doğru atılmış addım olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə amerikalı politoloq və iqtisadçı Pol Kreyq Roberts yazdığı yeni analitik məqaləsində qeyd edir.

Onun sözlərinə görə, ABŞ-da növbəti prezident seçkilərində Hillari Klinton qalib gələcək.

"Onun bu qələbəsi Rusiya ilə yeni nüvə müharibəsinə yol açacaq. Hillari prezident olarsa, Rusiya ilə münasibətlərin daha da korlanmasına hazır olmaq lazımdır. Bu dəfə sanksiyalar olmayacaq, Rusiya ilə həqiqi müharibə başlayacaq", deyə Roberts bildirib.

Roberts əmindir ki, seçkilərdə Hillari Klinton qalib gələrsə, ABŞ hökumətinin tamamilə hərbi və maliyyə dairələrinə tabe olması prosesi başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol