Menu

Bayden sızdırılan məxfi sənədlərlə bağlı məsələyə münasibət bildirib

13.04.2023, 19:51
Bayden sızdırılan məxfi sənədlərlə bağlı məsələyə münasibət bildirib

ABŞ prezidenti Co Bayden Ukrayna müharibəsi və ABŞ-ın müttəfiqləri ilə bağlı çox həssas informasiyaların mətbuata sızdırılmasına münasibət bildirib.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə İrlandiyada səfərdə olan Prezident Bayden jurnalistlərə deyib.

"Bunun baş verməsindən narahatam" - deyən ABŞ Prezidenti əlavə edib ki, hərtərəfli araşdırma gedir.

"Biz bəzi nəticələrə gəlməyə yaxınlaşırıq", - Bayden vurğulayıb.

Xatırladaq ki, son günlərdə Ukraynadakı müharibə və onun detalları ilə bağlı çox vacib kəşfiyyat sənədləri mətbuata sızdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol