Menu

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəfat edib

13.04.2023, 23:26
Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəfat edib

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəfat edib.

APA xəbər verir ki, Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Taryel Salmanov bu gün vəfat edib.

TƏBİB-dən APA-ya bildirilib ki, o, günorta saatlarında uzun müddət müalicə aldığı tibb müəssisəsində poliorqan çatışmazlığından (ürək, qaraciyər, böyrək çatışmazlığı və ikitərəfli pnevmoniya) vəfat edib.

"Onun müalicəsi TƏBİB rəhbərliyinin nəzarətində olub", - deyə qeyd edilib.

Şərhlər

Hadı 2023-04-14 09:10:51

Rəhmətlik babat vuran olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol