Menu

Braziliya prezidenti dünya ölkələrini dollardan imtina etməyə çağırdı

14.04.2023, 00:46
Braziliya prezidenti dünya ölkələrini dollardan imtina etməyə çağırdı

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Çinə ilk dövlət səfəri zamanı inkişaf etməkdə olan ölkələri beynəlxalq ticarətdə öz valyutalarının xeyrinə dollardan imtina etməyə çağırıb.

O, BRİKS ölkələri qrupuna (bura Braziliya və Çindən əlavə Rusiya, Hindistan və Cənubi Afrika Respublikası daxildir - red.) dolların hökmranlığına son qoymaq məqsədilə ticarətdə istifadə üçün öz alternativ valyutalarını inkişaf etdirməyi təklif edib.

“Kim qərar verib ki, bizim valyutalarımız zəifdir və başqa ölkələrdə heç bir dəyəri yoxdur? Qızıl standartı ləğv edildikdən sonra dolların əsas valyutaya çevrilməsinə kim qərar verib?”, - da Silva sual edib və Pekinin beynəlxalq əmtəə əməliyyatlarının tənzimlənməsi məqsədilə yuandan istifadə etmək səylərini dəstəklədiyini vurğulayıb. (Mənbə: lenta.ru)

Şərhlər

Vasif 2023-04-14 05:01:26

Çinlilerin qızları çox gözəl olur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol