Menu

“Paşinyan ABŞ, Rusiya və AB ilə münasibətləri korlayıb” – "Qərbdə Ermənistana istehza ilə yanaşırlar”

14.04.2023, 11:39
“Paşinyan ABŞ, Rusiya və AB ilə münasibətləri korlayıb” – "Qərbdə Ermənistana istehza ilə yanaşırlar”

“Ermənistanın bu gün heç bir fövqəldövlətlə yaxşı diplomatik əlaqələri yoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Vahid Ermənistan” Partiyasının təsisçisi-sədri Yervand Tarverdyan yerli mətbuata müsahibəsində bildirib. 

O, vurğulayıb ki, Ermənistan hakimiyyəti öz hərəkətləri ilə həm ABŞ, həm Avropa Birliyi, həm də Rusiya ilə münasibətləri korlayıb: “Biz əvvəl deyirik ki, “sülh müqaviləsinin Rusiya modelinə üstünlük veririk”, sonra “Avropa” deyirik. Bu ölkələrin rəhbərləri hər şeyi başa düşür və dövlətimizin qeyri-peşəkar idarəçilərinə istehza ilə yanaşırlar”.

Yervand Tarverdyanın fikrincə, bugünkü gərgin geosiyasi vəziyyətdə Ermənistan KTMT təlimlərindən imtina edirsə, o zaman NATO çərçivəsində də təlimlərdən imtina etməlidir.

“Bu, çoxqütblü xarici siyasətdir. Keçmişdə, nisbətən sülh şəraitində, balanslaşdırılmış xarici siyasət yürütməyə çalışdığımız dövrdə Ermənistan müxtəlif təlimlərdə, o cümlədən NATO təlimlərində iştirak edirdi.Lakin indiki mərhələdə, xüsusən də biz KTMT-nin təlimlərində iştirakdan imtina ediriksə, deməli, mütənasib yanaşma NATO-ya münasibətdə də olmalıdır”, - o qeyd edib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistanın NATO ölkələri ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan dəqiqləşdirmələr istədiyini bildirmişdi.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol