Menu

Rusiyanın neft ixracı kəskin artıb, qazancı azalıb – Aylıq gəliri açıqladı...

14.04.2023, 20:12
Rusiyanın neft ixracı kəskin artıb, qazancı azalıb – Aylıq gəliri açıqladı...

Qərbin sanksiyalarına baxmayaraq, Rusiyanın neft ixracı son üç ilin ən yüksək səviyyəsinə yüksəlib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq icmalında bildirilir.

BEA-nın məlumatına görə, fevral ayına qədər Rusiya neftinin ümumi hasilatı gündə səkkiz milyon barelə, tədarüklər isə üç milyona yüksəlib. Bu, aylıq gəlirin təxminən 13 milyard dollara qədər artmasına şərait yaradıb Lakin gəlir ötən ilin mart ayı ilə müqayisədə 43% azdır.

Agentliyin analitikləri 2023-cü ilin sonuna qədər qlobal neft tələbinin gündəlik rekord həddə - 102 milyon barrelə çatacağını gözləyirlər. BEA-nın proqnozuna görə, artımın 90%-ə qədəri bütün koronavirus məhdudiyyətlərini ləğv edən Çin tərəfindən təmin ediləcək. Mütəxəssislər hesab edirlər ki, eyni dövrdə OPEC+ tərəfindən elan edilən hasilatın azaldılması qlobal tədarükü sutkada 400 min barel azaldacaq.Kartelə daxil olmayan ölkələrin hasilat artımı isə məcmu rəqəmin azalmasını kompensasiya etmir.

Aprelin əvvəlində Rusiya neft hasilatının gündə yarım milyon barrel azaltması qərarını ilin sonuna qədər uzadıb. Səudiyyə Ərəbistanı da may ayından etibarən hasilatı eyni miqdarda azaltmaq qərarına gəlib. Digər OPEC+ üzvləri hasilatı azaltmağa söz veriblər ki, bu da ümumilikdə hasilatın sutkada bir yarım milyon bareldən çox azalmasına səbəb olacaq.

Agentliyin məlumatına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin sənaye ehtiyatları yanvar ayında 2,8 milyard barelə çatıb ki, bu da 2021-ci ilin iyulundan bəri ən yüksək səviyyədir.

BAE nalitikləri deyirlər ki, bu amillər 2023-cü ilin ikinci yarısında əhəmiyyətli təklif çatışmazlığına və artan iqtisadi qeyri-müəyyənlik dövründə neftin qiymətinin artmasına səbəb ola bilər.

Neft qiymətləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri sürətlə artıb. Ötən il müvafiq dövründə bir barrel neft 130 dollar səviyyəsinə çatmışdı. Bununla belə, mart ayında qlobal bank böhranının neftə tələbi azaldacağı qorxusu neft 70 dollara qədər ucuzlaşıb ki, bu da son 15 ayda ən aşağı səviyyə olub.

Fevralın əvvəlində Qərb ölkələri Rusiyanın Ukraynadakı müharibəni maliyyələşdirmək üçün daha çox gəlir əldə etməsinin qarşısını almaq məqsədi ilə Rusiya neftinin ixracına demək olar ki, tam embarqo qoyub.Həmçinin Rusiya neftinin bir barelinin qiymətini 60 dollar səviyyəsində məhdudlaşdırıb.

Martın əvvəlində Rusiya Maliyyə Nazirliyi bu ilin yanvar və fevral aylarında ölkənin neft və qaz gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azaldığını bildirib. Bu azalmanın səbəbi Urals neftinin qiymətinin düşməsi və təbii qaz ixracının kəskin azalmasıdır. Bütövlükdə bu ilin əvvəlinə büdcə gəlirləri ötən illə müqayisədə 25 faiz azdır.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol