Menu

Böyük banklar üçün “qara günlər” başlayır - “Bank of America”dan investorları qorxudan açıqlama

14.04.2023, 23:14
Böyük banklar üçün “qara günlər” başlayır - “Bank of America”dan investorları qorxudan açıqlama

Dünyanın ən böyük banklarından biri olan “Bank of America” (BofA) strateqlərinin fikrincə, 2023-cü ilin birinci rübünün maliyyə nəticələri ABŞ-da S&P 500 şirkətləri üçün pis olacağı gözlənilir.

“AzPolitika.info” xəbər verir ki, hesabatda bankların zəiflədiyi, dövrü mənfəətlərin azaldğı ortaya çıxacaq. Strateqlər 2023-cü ilin qalan hissəsində vəziyyətin daha pis ola biləcəyini də ifadə ediblər.

Bazarda S&P 500 şirkətlərinin səhm başına qazancının 2023-cü ilin ilk rübündə yüzdə 6 azalacağı olduğunu ifadə edən BofA strateqləri, iqtisadiyyatın tənəzzülə girdiyi dövrlərdə mənfəət proqnozlarında eniş yönlü ressesiyanın sürətləndiyini xatırladıblar.

S&P 500 şirkətlərinin 2023-cü il üçün orta gəlirlilik bazar gözləntisi iyun ayından bu yana 13 faiz azalaraq 220 dollar olub. Bununla belə, BofA-nın 2023-cü il üçün proqnozu 200 dollardan aşağıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol