Menu

İsveçdə rus casusu tutuldu

14.04.2023, 22:58
İsveçdə rus casusu tutuldu

Aprelin 13-də İsveçin Göteborq şəhərində Rusiya vətəndaşı sənaye casusluğunda şübhəli bilinərək saxlanılıb. Onun adı çəkilmir. Polisin məlumatına görə, rusiyalı qadın “Preem” neft emalı zavodunda saxlanılıb.

Zavodun mətbuat xidməti onun saxlanmasını təsdiqləyib və dəqiqləşdirib ki, saxlanılan şəxs şirkətin subpodratçılarından birində işləyir. O, saxlanıldıqdan sonra İsveç xüsusi xidmət orqanları şahidləri dindirib və onun üzərində axtarış aparıblar. İstintaqın maraqları baxımından işin təfərrüatları açıqlanmır.

Son aylarda İsveçdə bir neçə dəfə Rusiya və digər ölkələrin vətəndaşları Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb. Yanvarın 19-da məhkəmə Peyman və Payama Kia qardaşlarını casusluqda təqsirli bilib. Peyman ömürlük, qardaşı Payama isə doqquz il on ay həbs cəzasına məhkum edilib.

2022-ci ilin sonunda İsveçdə rusiyalı cütlük saxlanılıb. Sergey Skvortsov və Yelena Kulkova 20 ildir ölkədə yaşayırlar. Onlar Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol