Menu

Makron pensiya islahatı barədə qanun layihəsini imzalayıb

15.04.2023, 08:53
Makron pensiya islahatı barədə qanun layihəsini imzalayıb

Fransa Prezidenti Emmanuel Makron pensiya islahatına dair qanununu imzalayıb.

APA xəbər verir ki, bu barədə sənəd şənbə günü Fransa Respublikasının rəsmi qəzetində dərc olunub.

Yeni qanuna görə, minimum pensiya yaşı 62-dən 64-ə qaldırılıb.

Qeyd edək ki, ölkəni pensiya islahatı barədə qanunun qəbuluna qarşı kütləvi etiraz dalğası bürüyüb. Dünən Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol