Menu

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi coşğu ilə qarşılanıb - FOTO

15.04.2023, 21:54
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi coşğu ilə qarşılanıb - FOTO

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

“Report”un məlumatına görə, bir qədər əvvəl Vətənə dönən nümayəndə heyətini könüllülər, idmançıların yaxınları, azarkeşlər və media nümayəndələri coşğu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol