Menu

Azərbaycanın dövlət büdcəsinin qalığı 25 % artıb

17.04.2023, 14:05
Azərbaycanın dövlət büdcəsinin qalığı 25 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3 % və 16,7 % çoxdur.

Son nəticədə büdcədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 24,8 % çoxdur.

Şərhlər

Hesabdar M. 2023-04-17 16:27:37

Büdcə tərtib tərtibçiləri, nəzarətçiləri, İqtisadiyyat və Maliyyə nazirlikləri, NKnın Məclisə hansı izahatları (xalq-vətəndaş yaddan çıxıb) necədir? Belə şərh və sorğusu olan vətəndaşa təklf, ehtimal ki, sorğu-sualınız necədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol