Azərbaycanda qızıl və gümüş istehsalı azalıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında 411,9 kq qızıl istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32,3% azalma deməkdir.
Aprelin 1-nə hazır məhsul ehtiyatı 48,8 kq təşkil edir.
Gümüş istehsalına gəlincə, qeyd olunan dövrdə 722,2 kq məhsul istehsal olunub ki, bu da ötən il ilə müqayisədə 45,8% az istehsalat deməkdir.
Aprelin 1-nə hazır məhsul ehtiyatı 32,8 kq təşkil edir.


Şərhlər
17ci əsrdən aparıcı ölkələrini şamlarla da olsa işıqlandıran, Avropanı neftlə, pambıqla, yunla, ipəklə parladan, hərəkətə gətirən Azərbaycan dövlətinin bu qızıl ehtiyatı, səhv etmirəmsə 1970ci ildə bir şəxsdən müsadirə olunandan belə azdır! Rifah belə yüksəlirmi?