Menu

“Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək” - Emin Hüseynov

17.04.2023, 17:24
“Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək” - Emin Hüseynov

Gələn ildən başlayaraq Suqovuşan (Tərtər), Hadrut və Tuğ (Xocavənd), eləcə də Ağdam şəhərinə və rayonun kəndlərinə köç ardıcıllıqla davam edəcək.

“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda bildirib.

"Artıq işğaldan azad edilmiş ərazilərdə olan iki kəndə məcburi köçkünlər qaytarılıb, onlar dədə-baba torpaqlarında yaşayırlar: “Bundan sonrakı dövrlərdə köçənlərin sayı daha da artacaq. Xüsusilə bizim gözləntimiz budur ki, həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq”, - deyə o qeyd edib.

"Köç həmin ərazilərdə yeni iş yerlərinin açılması məsələsini zəruri edir və bu gün Şamaxıda keçirilən konfransın bu baxımdan çox böyük önəmi var. Bu ildən etibarən 10 il ərzində Qarabağ və Şərqi Zəngəzurda xüsusi güzəştlər və təşviq rejimi mövcuddur”, - deyə E.Hüseynov əlavə edib.

Şərhlər

Bəhrami, qədr gecəsi 2023-04-17 23:15:47

İlkin ağıllı Ağalı kəndinin hansı vaxta, neçə aiilə tutumuna və hansı məbləğə qurulduğunu bilmirəm? Gələcək layihələr daha mükəmməl-bütöv, quruculuq işlərinin daha səmərəli-uğurlu olmasını arzulayıram!

dadaşyev 2023-04-17 22:52:56

Gedib bir neçə aydan sonra qapı-pəncərəni,darvazanı bağlayıb təkrar qayıdıb Bakıya doluşmasınlar.Kənd yerləridi,əkin-biçinə yararlı torpaq sahələridi,kənd təsərrüfatıyla,heyvandarlıqla məşğul olsunlar,həm həddindən artıq yüklınmiş paytaxt bir az rahat nəfəs alısn,həm də dükan-bazarlarımız yerli kənd təsərrüfatı mallarıyla dolub daşsın.Bakıda səhər-axşam yeyib içib küçələrdə topa-topa,dəstə-dəstə hoyhahoy boş-bekar gəzməkdən nə çıxar axı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol