Menu

Tatarıstan rəhbəri Moldovaya buraxılmadı

17.04.2023, 21:38
Tatarıstan rəhbəri Moldovaya buraxılmadı

Rusiyanın Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov aprelin 17-də Moldovaya buraxılmayıb və “arzuolunmaz şəxs” kimi tanınıb.

O, Kazanın iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirdiyi Qaqauz muxtariyyətinə uçub. Minnixanovun “Xalqlar Dostluğu - 2023” Beynəlxalq Xalq Diplomatiyası Konqresində iştirakı nəzərdə tutulmuşdu.

Onunla birlikdə Tatarıstanın ən böyük sənaye və investisiya holdinqi “Ak-Bars”ın direktoru İvan Eqorov da Moldovaya buraxılmayıb.

“Təəssüf ki, Moldova hakimiyyəti qərara aldı ki, biz bu ölkəyə gələ bilməyən arzuolunmaz vətəndaşlarıq. Bizim yaxşı ənənələrimiz var. Tatar xalqı ilə qaqauz xalqı qardaşdır”, - deyə respurblika başçısı hadisəni şərh edərkən bildirib.

Xatırladaq ki, Qaqauziya ilə Tatarıstan Respublikası arasında əməkdaşlıq müqaviləsi 1999-cu ildə imzalanıb. (Mənbə: edaily.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol