Menu

Putinin Xersona və Luqanska səfəri... - “O, göstərmək istəyir ki, hər şey plan üzrə gedir”

18.04.2023, 13:00
Putinin Xersona və Luqanska səfəri... - “O, göstərmək istəyir ki, hər şey plan üzrə gedir”

Məlum olduğu kimi, Rusiya rəsmi kanalları Vladimir Putinin Ukraynanın işğal altında olan Xerson və Luqansk vilayətlərinə səfər etməsinə dair məlumat və videogörüntülər yayıb.

“AzPolitika.info” xəbər verir ki, ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bu səfəri Putinin rusiyalıların önündə hər şeyin nəzarət altında olduğuna dair görüntü yaratmaq istəyilə bağlı olduğunu bildirib: “Vəziyyətin nəzarət altında olduğuna dair “gözəl mənzərə” yaradılır və bütün bunlar Rusiya Baş Qərargahının Ukraynanın əks-hücumunun istiqaməti və tarixi ilə bağlı qeyri-müəyyənlik və panika içərisində olmasının, bu hücuma hazırlaşa bilməməsinin fonunda baş verir. Putin bu səfərilə “xüsusi əməliyyatda hər şeyin plan üzrə getdiyini” göstərməyə çalışır”.

Bununla yanaşı, Kovalenko deyib ki, Putinin oxşarı yoxdur və bu səfərlərə gedən də onun özüdür. Onun fikrincə, Putin hər şeydən, hər kəsdən, o cümlədən oxşarından da qorxur. Çünki oxşarının olması onun aradan götürülməsi üçün zəmin yarada bilər.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol