Menu

Azərbaycanda 3 ayda dövlət xəttilə 111 milyon manat ipoteka krediti verilib

19.04.2023, 15:19
Azərbaycanda 3 ayda dövlət xəttilə 111 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 111 milyon manat kredit verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30 % artaraq 96,5 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100 % azalıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 21,9 milyon manata düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol