Ötən ilin sentyabrında Böyük Britaniya kraliçası II Yelizavetanın ölümündən sonra 73 yaşında taxta çıxan Kral III Çarlzın sərvəti Britaniya mətbuatı tərəfindən bütün təfərrüatı ilə ortaya çıxarılıb.
“AzPolitika.info” xəbər verir ki, “The Guardian” nəşrinin 12 mütəxəssislə apardığı araşdırmaya görə, Kral Çarlzın lüks avtomobillər, dəbdəbəli iqamətgahlar, zinət əşyaları, yarış atları və sənət əsərləri kolleksiyasından ibarət sərvətinin ümumi dəyəri 2 milyard sterlinqə (təxminən 3,4 milyard manat) yaxındır.
“The Guardian” Çarlzın anasının ölümündən sonra sərvətinə sərvət qatdığın bildirib. Nəşr Britaniya kralının “Monet” və “Dali” rəsmləri, “Rolls-Royce” və “Jaguar” avtomobilləri, qiymətli zinət əşyaları, mülkləri və Britaniyanın demək olar ki, hər yerində torpaq sahələrinə sahib olduğunu yazıb.
Hesabatda kral ailəsinin ən böyük sərvətinin miras vergisindən azad edildiyi vurğulanb. Çarlz anasının ölümündən sonra ona qalan mirasdan dövlətə heç bir vergi ödəməyib.
Rəsmi olaraq monarxiyaya aid olan “Bukingem” və “Kensinqton” saraylarından başqa, kralın saray və qalalarının da olduğu qeyd edilir.
“AzPolitika.info”


Şərhlər