Menu

ERMƏNİLƏRİN BAKIDAN PAYLAŞDIĞI VİDEONU ÇƏKƏN ŞƏXS SAXLANILIB - VİDEO

20.04.2023, 15:56
ERMƏNİLƏRİN BAKIDAN PAYLAŞDIĞI VİDEONU ÇƏKƏN ŞƏXS SAXLANILIB - VİDEO

İki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılmışdı. Videoda Şəhidlər Xiyabanı və ətraf ərazilər görüntülənir. Görüntülər “Biz burdayıq” sözləri ilə yayılmışdı.

"Ucnoqta.az"-ın məlumatına görə, görüntüləri çəkən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.

Həmin şəxsin erməni olmadığı bildirilir.

Ətraflı məlumat əldə etməyə çalışırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol