Menu

Erməni katalikosu Paşinyana qarşı... - İkinci Qaregin Baş nazirin son bəyanatlarını bəyənmir

20.04.2023, 17:02
Erməni katalikosu Paşinyana qarşı... - İkinci Qaregin Baş nazirin son bəyanatlarını bəyənmir

“Mən təsəvvür edə bilmirəm ki, “artsax” Azərbaycanın tərkibində olacaq”. 

“AzPolitika.info” xəbər verir ki, bunu erməni kilsəsinin başçısı, erməıni katalikosu ikinci Qaregin Baş nazir Nikol Paşinyanın Qarabağla və sülh danışıqları ilə bağlı son açıqlamalarına münasibət bildirərkən deyib.

Baş erməni katalikosu Paşinyanın mövqeyinə qarşı çıxıb və onun “Madrid prinsiplərinə görə Qarabağ Azərbaycan ərazisidir” fikrini tənqid edib: “Biz bu bəyanatları yersiz hesab edirik və bunun münaqişənin tənzimlənməsinə müsbət təsir edəcəyini düşünmürük. Tələsmək lazım deyil, əksinə hər yolla “artsax” xalqının öz müqəddəratını həll etməsi və müstəqil yaşamaq hüququna nail olmasına kömək etmək lazımdır”.

Göründüyü kimi, erməni kilsəsi həmişəki ampluasındadır. Paşinyan hökumətinə siyasi opponentlik etməkdən belə çəkinməyən erməni katalikosu daha çox qan axıdılmasında maraqlıdır. O cümlədən də erməni qanını.

“AzPolitika.info” 

Şərhlər

Tahir 2023-04-20 19:58:36

Canın çıxsın 35 il əvvələ qayıt. Onda sənə Qarabağın necə Azərbaycanın tərkibində necə ola bilməsini təsəvvür etmək üçün fakt xirtdəyinə qədər bəs edəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol