Menu

"Ukraynaya yardımı dayandırın!" - Respublikaçılar Baydenə çağırış edib

21.04.2023, 14:20
"Ukraynaya yardımı dayandırın!" - Respublikaçılar Baydenə çağırış edib

ABŞ-da Respublikaçılar Partiyasından olan bir qrup konqresmen prezident Co Baydenə çağırış edib.

"AzPolitika.info" xəbər verir ki, Baydenə ünvanlanan petisiyada 19 respublikaçı konqresmen, o cümlədən üç senator Ukraynaya olunan yardımların dayandırılmasını istəyiblər.

Respublikaçılar ABŞ-ın Ukraynaya yardımının müharibəni qızışdırmaq təhlükəsi yaradacağından narahat olduqlarını bildiriblər və yardımın strateji aydınlıqdan uzaq olduğunu müdafiə ediblər.

"ABŞ-ın Ukraynaya qeyri-məhdud yardımı dayandırılmalıdır. Biz bütün yardım paketlərinə, inadla qarşı çıxacağıq. ABŞ öz qoşunları zəiflədiyi halda, xarici ordunu gücləndirmək üçün 113 milyard dollar xərcləmək iqtidarında deyil. Amerika xalqının rekord səviyyədə inflyasiyadan əziyyət çəkdiyi bir vaxtda tarixən korrupsiyaya uğramış xarici hökuməti dəstəkləmək son dərəcə məsuliyyətsiz bir hərəkətdir",-deyə qeyd ediblər.

"AzPolitika.info"

Şərhlər

vetendaŞ 2023-04-21 16:48:29

pul xerclemeyin-onlar sabah polşanı daha sonra rumunya-sonra bütün avrapanı işğal edecekler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol