Menu

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

21.04.2023, 19:01
Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

Azərbaycan təhsildə rus dilini saxlayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsi” adlı dəyirmi masada çıxışı zamanı deyib.

İ.İsayev bildirib ki, Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var.

"Bu məktəblərdə şagirdlərin sayı 160 min nəfərdir. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. Biz bu tendensiyanı davam etdirəcəyik, çünki rus dili ünsiyyət, öyrənmə, təcrübə mübadiləsi dilidir”, - nazir müavini qeyd edib.

İ.İsayev vurğulayıb ki, Azərbaycan Rusiya universitetləri ilə əməkdaşlığa hazırdır.

O, söyləyib ki, Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsi məsələsi müzakirə olunub.

"Onlara Azərbaycan dili müəllimləri lazımdır, biz də bu işdə kömək edəcəyik. Onlar da rus dilində dərs deyən fənn müəllimləri ilə bağlı bizə kömək edə bilərlər", - nazir müavini əlavə edib.

Şərhlər

Elmira 2023-04-22 09:58:01

Biləndə ki, bu qədər bizdə rus məktəbləri var, çox məyus olduq. Bu rusbaşların işidir. Kəsinliklə deyirik!

musa 2023-04-21 23:28:41

ünsiyyət dili ingilis dilidir . rus dilini öyrənmək ücün sadəcə məktəblərdə rus dilini tədris etmək lazımdır .rus məktəbləri yox .

t.ədalət 2023-04-21 21:04:18

Azərbaycanda rus dilində tədris qaldıqca Rusiyanın işğal təhlükəsi də üzərimizdən əskik olmayacaq.Körpə və günahsız dinc əhalinin qətlindən başqa heç nəyi öyrətməyən,bəşəri dəyərlərdən geridə qalan rus dili,ancaq müstəmləkə ölkələrdə qorunub saxlanıla bilər.

Amin 2023-04-21 20:49:05

SALAMlar,düşmən dilin də məktəbin sayı ilə qardaş dilində məktəbin fərqini zəhmət olmasa bilən varsa yazsın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol