“NÖVBƏDƏ XANKƏNDİDİR!” – “31 illik nəzarətsizliyə son qoyuldu”

“44 günlük müharibədən sonra Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının əhəmiyyətini az qala bütün yazılarımda, çıxışlarımda deyir, bu vacib addımın Qarabağ problemində yekun nöqtəni vurmağın açar rolu oynayacağını qeyd edirdim. Günorta saatlarında bitirdiyim yazımda da, artıq Rusiya qarşısında bu məsələnin sərt şəkildə qaldırılmasını bir daha vurğulayan fikirlərimi yazıb paylaşanda, açığı təsəvvür etməzdim ki, bir saatdan sonra Laçın yolunda nəzarət-buraxılış məntəqəmizin yaradılması haqqında Dövlət Sərhəd Xidmətinin, Azərbaycan XİN-in bəyanatlarını görəcəyəm”.

“AzPolitika.info” xəbər verir ki, bunları təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl yazıb.

“Deyərdim ki, 8 noyabr 2020-dən sonra Qarabağla bağlı eşitdiyim ən sevindirici xəbər oldu. Müharibədən sonra Azərbaycan Fərrux dağında, Laçın rayon mərkəzində, Zabuxda, Susda, Sarıbabada, Qırxqızda və başqa yerlərdə uğurlar qazanmışdı, amma, strateji baxımdan sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasını ən uğurlu qələbəmiz hesab edirəm”, - təhlilçi əlavə edib.

Ekspert vurğulayır ki, bu nəzarətsiz yol iki il yarım ərzində bəlalarımızın mənbəyi rolunu oynayırdı: “Kimlər keçmədi burdan, nə sərvətlərimiz daşınmadı bu yoldan. Livan terrorçuları, katolikoslar, Fransa prezidentliyinə namizədlər, İran diversantları, vardanyanlar, Ermənistandan gələn silahlar, hərbi çağırışçılar... Bu yolun nəzarətsizliyi erməni separatçılarını da, Ermənistan hakimiyyətini də Azərbaycandan torpaq qoparmaq iddialarında saxlayırdı. İndi bu nəzarətlə üzləşən hər bir erməni biləcək ki, Azərbaycan dövlətinin ərazisinə daxil olur və əlini-qolunu sallayıb istədiyini keçirə, istədiyini apara bilməz”.

İ.İsmayıl hesab edir ki, bu yolda mövcud əməliyyat şəraiti DSX tərəfindən dəqiq qiymətləndirilməli, buna uyğun canlı qüvvə sayı, avadanlıq, texniki nəzarət aparatları, bir sözlə primitiv şlaqbaum deyil, beynəlxalq standartlara cavab verən sərhəd nəzarət-keçid məntəqəsi yaradılmalıdır. 

“Müdafiə Nazirliyi qüvvələrinin də yaxın məsafədə dayanması ilk vaxtlar üçün zəruridir, çünki qarşımızda təxribat törətməkdə peşəkar olan bir millət var”, - qeyd edib.

Təhlilçi bildirir ki, Rusiya sülhməramlıları ilə hələlik birgə həyata keçirilən sərhəd yoxlamasında Qarabağ ermənilərinin giriş -çıxışı üçün konkret şərtlər müəyyənləşməlidir: “Bütün Qarabağ erməniləri Ermənistan Respublikasının vətəndaşı pasportunu daşıyır. Onları İrəvan ermənilərindən fərqləndirən qeydiyyatlarıdır. Qarabağ qeydiyyatı olan ermənilərin giriş-çıxışı zamanı kompüter sistemində siyahısı yer almalı, filtrasiyadan keçirilməlidir. Bu şəxslərə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə bizim sərhəd xidməti xüsusi sənəd verməlidir ki, giriş-çıxışda təqdim edilsin. Ermənistan qeydiyyatı ilə Azərbaycan Respublikasının ərazisinə daxil olma da nizamlanmalıdır. Bunun ən yaxşı variantı viza tətbiqi ola bilər, eyni zamanda məhdud giriş-çıxış və qalma müddəti də şərt kimi qəbul oluna bilər. Yəqin detallar Rusiya sülhməramlıları ilə müzakirə ediləcək. Bütün quru sərhədlərimizdə olduğu kimi avtomobillər üçün ayrı giriş-çıxış, piyadalar üçün də ayrı buraxılış yolu müəyyənləşməlidir. Relyef dağlıq və darısqal olsa da uyğun inşaat işləri aparmaq tamamilə mümkündür. İnanırıq ki, DSX nəzarət prosedurunu daha peşəkar şəkildə həyata keçirəcək”.

İlham İsmayıl xatırladır ki, ermənilər artıq “genosid”, “ etnik təmizləmə” deyib haray salıblar.

“Bu, onların peşəsi, xislətidir. Heç kəs onların bu ...şüvəninə məhəl qoymayacaq. Əsas da ABŞ, Avropa İttifaqı, çünki hələ Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı fikri ABŞ VƏ Aİ rəsmiləri tərəfindən normal qarşılanıb, məntiqli olduğunu təsdiqləmişdilər. Rusiyaya yalvarıb məntəqənin ləğv edilməsini istəyənlər bilsin ki, Rusiya tərəfinə nəzarət məntəqəsinin yaradılması ilə bağlı əvvəlcədən zəruri olan informasiya verilib və etiraz da yoxdur”, - o vurğulayıb.

Ekspert əlavə edib ki, 24 aprel qondarma “genosid” günü ərəfəsində Azərbaycan Respublikasının dövlət sərhədində çoxdan gözlənilən nəzarət-buraxılış məntəqəsinin yaradılmasının da ayrı bir özəlliyi var.

“Bu sərhədə 31 illik nəzarətsizliyə son verildi. Bayrağımız Laçın yolunda, Həkəri körpüsü üstündə dalğalanır. Növbədə Xankəndidir!”, - İlham İsmayıl vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

ƏNHU 2023-04-24 23:17:08

Azərbaycanın ermənistanın 29 min kv. km-lik ərazisini tanıması qeyri-mümkündür.Bu gələcək nəsillərə problem qoyub getməkdir. Zəngəzur məsələsi həll edilmədən, Naxçıvanla Azərbaycan vahidləşmədən ermənistanın ərazisini tanımaq Turanın DA önünü kəsmək deməkdir. Turan birliyiyi hansısa şərtlər daxilində verilmiş korudorla qurula bilməz.. Zəngəzurun bütövlükdə heç bir şəriki olmadan Turana qatılmalıdır. Birmənalı olaraq. Ermənistan məğlub bir dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü heç bir şərt irəli sürmədən tanımalıdır. Azərbaycansa yox.Paşinyanın çalışdığı odur ki, tələsik Azərbaycana 29- min kv. metrə qol çəkdirsin. Məsələ hüquqi əsas qazansın. Qətiyyən tələsmək lazılm deyil. Ermənilər Zəngəzuru verəndən sonra belə yalvaracaqlar.

Cəmşid Dərələyəzli 2023-04-24 14:53:41

Azərbaycan bütün zorluqlara və beynəlxalq basqılara reğmen 2020-ci ildəki 44 günlük qələbəsindən sonra, imzalanmış 10 noyabr (2020) sazişində qəbul olunmuş şərtləri əsas tutarak öz hədəflərinə merhele-merhele ulaşmaqda devam edir. İkinci hədəf Laçın dəhlizinin "Ermənistanla" sərhəddində öz keçid məntəqəsini yaratmaq idi və buna da bu ilin 23 aprelində nail oldu. Üçüncüe hədəf Zəngəzur Koridorunun açılması olacaq və bu hədəf də yaxındır. Dördüncü hədəf "Ermənistanla" sərhədlərin tanınması olacaqddır. Beşinci hədəf 29 may 1920-ci ildə "Ermənistan" dövlətinin yaradılması ilə bağlı verilmiş 9,8 min kv. km. ərazilərin sərhədlərinə kimi gedilməsi olacaqdır. Çünki ondan sonrakı əraziləri (Zəngəzur, Dərələyəz, Göyçə və Qaraqoyunlu mahalları) Bolşevik höküməti qanunsuz olaraq ermənilərə verib. Altıncı hədəf isə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz yurdlarına qaytarılması olmalıdır. Təbii ki, bütün bunlara zaman gərəkdir. Bir az da sebr.

Son yazılar