İşğsalçı İsrail ordusu Qəzza zolağının şimal və cənubunda quru əməliyyatlarını genişləndirib.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“İşğalçılar aprelin 5-i gecə saatlarında Qəzza zolağının şimal və cənubunda quru əməliyyatlarını genişləndirib. Beyt-Hanun, Beyt-Lahiya, Rəfah və "Moraq" yolunda əlavə rayonlara işğal qüvvələri yerləşdirilib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, bütün gecəboyu İsrail Hərbi Hava Qüvvələri və artilleriya batareyaları dimc fələstinlilərin məskunlaşdığı əraziləri raket atəşinə tutub. Xeyli sayda insan həlak olub.


Şərhlər