Menu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

05.04.2025, 11:34
Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, prokurorluq tərəfindən toplanmış dəlil və sübutlar baxılması üçün məhkəməyə göndərilib.

Təqsirləndirilən gömrük kapitanı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə ediləcək. Ona qarşı verilmiş ittihamlar təsdiqini taparsa, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

İlk iclas gələn həftə keçiriləcək.

Qeyd edək ki, Ə.Mirzəliyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru işləyib.

Onun öz qulluq mövqeyindən istifadə edərək vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

ƏNHU 2025-04-06 04:28:54

Ölkənin giriş-çıxış qapısını qoruyurlar ki, it-qurd girməsin. Daha qurdun özünü gətirib gətiib qapıçı qoymurlar.

Süni İntellekt 2025-04-05 21:17:27

TerrorBaşları 1987ci ildən 2023cü il sentyabrın 19na qədər (ürəyimizin başına) coğrafi mərkəzimizə və 44 azadlıq mücadiləsi günlərində Ermənistana intensiv-qaçaqmalçılıqla Hərbi vasitələr daşınıb. Həmin daşımalara qarşı hansı dövlətlərə, İnterpol da daxil beynəlxalq təşkilatlara rəsmi iddialar təqdim edilib?

Rasim Quliyev 2025-04-05 14:50:09

Nə qədər Gömrük Komitəsi olacaq belə biabırçılıq çox olacaq.DSX və DVX arasında bölüşdürülsün.DIM imtahinindan sonra edilsin

Eli 2025-04-05 14:11:37

Bele de dövlet memuru olar,axı bu qızılı movcud qanınverıcılıye uyğun ölkeye getirmek mümkün idi bu axmaq nadan hereket kime ve neye lazım idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol