“SİÇAN TƏLƏSİ BƏRK-BƏRK BAĞLANDI...” - Bundan sonra Xankəndində və İrəvanda nələr baş verə bilər?!

“Qarabağın ermənidilli əhalisi başa düşür ki, heç bir variant qalmayıb...”

“Ermənistan rəhbərliyi ölkəsini suriyalaşmaya doğru aparır”

“Şərti sərhəddə keçid məntəqəsinin quraşdırılması həm Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, həm də Qarabağın ermənidilli əhalisinin reinteqrasiyası prosesinə təsir göstərir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Cənubi Qafqaz Tədiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Qarabağ ətrafında davam edən prosesləri şərh edərkən bildirib.

Ekspert bir neçə məqama diqqət çəkir:

“Dövlətlərarası trek:

⁃Üçtərəfli bəyanatın bəndlərinin şərhində mövcud olan qeyri-müəyyənlik həll olunmayan problemlər yaradır. Bundan isə bölgədə arbitr kimi çıxış edən Rusiya istifadə edərək hər dəfə bəyanatın maddələrini özünə sərfəli şəkildə şərh edib. Amma indi Laçın yolu ilə bağlı hər hansı manipulyasiya etmək mümkün deyil;

⁃ Qarabağ ermənilərinin taleyində Ermənistanın azalmış rolu fiziki olaraq sıfra endirilir. Bu, Paşinyana əl-qol açmağa imkan verir erməni cəmiyyətinə bildirsin ki, əlindən gələni edib və Zəngəzur dəhlizində sərhəddə keçid məntəqəsi quraşdırmaq vacibdir;

⁃ Zəngəzur dəhlizi aktiv müzakirə obyektinə çevrilir. Rusiya Paşinyandan Zəngəzur dəhlizində keçid məntəqələri qurmağa razılıq almaq üçün Laçın yolundakı keçid məntəqəsindən təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq. Rusiya üçün əsas odur ki, Paşinyan onun Ermənistanda əlavə funksiyalar əldə etməsinə razılıq versin və üçtərəfli danışıqlar çərçivəsində prosesi saxlasın;

⁃ ABŞ və Avropa İttifaqının (Aİ) Zəngəzur dəhlizi ilə bağlı prioritetləri yoxdur, çünki orada Rusiyanın iştirakı var. Ona görə də Qərb Paşinyandan Zəngəzur dəhlizinə mümkün qədər müqavimət göstərməyi tələb edəcək. Bununla yanaşı İrəvan sülh müqaviləsinin imzalanmasına doğru getməli və Rusiyanın iştirakı olmadan Azərbaycanla nəqliyyat dəhlizlərinin açılmasına razılaşmalıdır;

⁃ ABŞ, Aİ və Rusiya Paşinyana təzyiq prosesində ciddi şəkildə toqquşacaqlar. İran da fəal olacaq. Ermənistan rəhbərliyinə xəbərdarlıq etdiyimiz məsələ reallığa çevrilir. Rasim Musabəyov demişkən, Qarabağdan gələnlərə, oradan Ermənistana silah-sursat daşınmasına nəzarət etmək üçün Paşinyan şərti sərhəddə öz nəzarət-keçid məntəqəsini quraşdıracaq. Ermənistanda vəziyyəti idarə etmək getdikcə çətinləşəcək;

⁃ Sülh müqaviləsi prosesi yeni təkan alır. Çünki prosesin bütün iştirakçıları sülh müqaviləsində Qarabağın ermənidilli əhalisi mövzusunun hansısa formada qeyd olunmasının qeyri-mümkünlüyü barədə Bakıdan aydın ismarış alıblar”.

Fərhad Məmmədov bölgədə reinteqrasiya prosesinin stimullaşdırılacağı qənaətindədir. Təhlilçi hesab edir ki, əsas proseslər Qarabağ erməniləri arasında başlayacaq:

“Qarşıdakı dövürdə onlar arasında parçalanma dərinləşəcək:

⁃ Siçan tələsi bərk-bərk bağlandı, Qarabağda qalan hərbi cinayətkarlar əhaliyə cavab verə bilmir ki, onların təhlükəsizliyinin təminatçısı kimdir. Keçid məntəqəsinin quraşdırılması ilə rusiyayönlü qruplaşmanın son ümidləri də puça çıxdı. Fermentasiya həm silahlı insidentlərə, həm də məqsədyönlü təxribatlara səbəb ola bilər: onlar mülki əhalini güllələyə və Azərbaycanın üzərinə ata bilərlər. Hərbi diktatura daha da sərtləşəcək;

⁃ Yaxın gələcəkdə reinteqrasiya məsələlərini müzakirə etmək üçün Qarabağ ermənilərinin nümayəndələrinin Bakıya üçüncü dəvətini gözləmək olar. Yeri gəlmişkən, onlar Rusiya sülhməramlıları komandanlığının müşayiəti ilə gələ bilərlər. Bu, realdır;

⁃ Nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin əsasnaməsi müəyyən edildikdən sonra Qarabağdan Ermənistana müqaviləli hərbçilərin axını başlayacaq. Bu proses həm də bank köçürmələrinin bloklanmasını stimullaşdırıla bilər. Mexanizmlər nəzərə alınmalıdır. Və heç kim özünü qoruma instinktini itirməyib. 44 günlük müharibə zamanı 11.000 fərarinin olması faktı bu instiktin işlək olduğunu təsdiq edir;

⁃ Qarabağın ermənidilli əhalisi başa düşür ki, heç bir variant qalmayıb. Sona qədər mübarizəyə çağıranlara demək lazımdır ki, artıq bu sondur. Seçim böyük deyil: Ermənistana gedib şurtvats olmaq; hərbi xuntanın girovluğunda qalmağa davam etmək; yaxud Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanın tərkibində yaşamağa davam etmək”.

Politoloq vurğulayır ki, nəzarət-buraxılış məntəqəsinin quraşdırılması regional kontekstdə də vacibdir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ölkəsini suriyalaşmaya doğru aparır və Azərbaycan özünü mümkün qədər potensial münaqişə məkanından təcrid etməlidir.

“İndiki mərhələdə Paşinyanın istənilən qərarı Ermənistanın himayədarları ilə dərin ziddiyyətlərə səbəb olacaq”, - F.Məmmədov vurğulayıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar