Menu

“ABŞ Ukraynanın əks-hücumunun uğursuz nəticələnə biləcəyindən qorxur” – “The Politico”

25.04.2023, 14:28
“ABŞ Ukraynanın əks-hücumunun uğursuz nəticələnə biləcəyindən qorxur” – “The Politico”

Rəsmi Vaşinqton Ukraynanın yazda başlayacağı güman edilən əks-hücum əməliyyatlarının uğursuz nəticələnə biləcəyindən qorxur. Əgər Ukraynanın əks-hücum əməliyyatı gözləntiləri doğrultmasa, Bayden administrasiyasının Ukraynaya dəstəyi azala, həmçinin müttəfiqlər arasında fikir ayrılıqları yarana bilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Politico” nəşrində yayımlanan məqalədə bildirilir.

“The Politico” yazır ki, Prezident Co Baydenin komandası əks-hücum əməliyyatları üçün Ukraynaya silah və iqtisadi yardım vəd edib.

Bununla belə, bəzi siyasətçilər hesab edirlər ki, ABŞ Kiyevin istədiyi hər şeyi, yəni daha uzun mənzilli raketləri, döyüş təyyarələrini və daha çox hava hücumundan müdafiə vasitələrini versəydi, Ukrayna uğur qazana bilərdi. Avropanın bir çox rəsmiləri hesab edir ki, Kiyev qələbəyə yaxınlaşdığını sübut edə bilməsə, Ukrayna və Rusiya arasında sülh danışıqları daha cəlbedici varianta çevrilə bilər.

Administrasiyanın rəsmiləri yaz hücumunun uğurlu olması üçün əllərindən gələni etdiklərini vurğulayırlar.

“Biz Ukraynanın əks-hücum ehtiyacları ilə bağlı tələblərini demək olar ki, yerinə yetirmişik. Son bir neçə ay ərzində biz Kiyevə silah və texnika ötürmüşük” – deyə, administrasiya rəsmisi deyib.

Bayden hesab edir ki, Ukrayna cənubda və şərqdə müəyyən irəliləyiş əldə edə bilər, lakin ötənilki uğuru təkrarlaya bilməz.

Pentaqon ümid edir ki, Ukrayna Rusiyanın yeni gücləndirilmiş qüvvələri üzərində yekun qələbə qazanmasa belə, Rusiyanın Krıma təchizat xətlərini kəsəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol