ABŞ-ın Tayvan və Çin arasında baş verə biləcək mümkün müharibə əsasında keçirdiyi simulasiya təlimi maraqlı hadisə ilə yadda qalıb.
“AzPolitika.info” xəbər verir ki, təlimin keçirildiyi zalda divardan asılmış fotoşəkil beynəlxalq mətbuatda “Çinə mesaj” kimi qiymətləndirilib.
Belə ki, sözügedən fotoşəkildə 1900-cü ildə Çinin paytaxtı Pekini işğal edən ABŞ Dəniz Piyadaları Korpusunun paradı nümayiş olunub. ABŞ-ın bu yolla Çinə “lazım gələrsə, qoşun yeridəcəyik” mesajını verdiyi bildirilir.
Məlumat üçün qeyd edək ki, 1899-cu ildə Çində “boksçuların üsyanı” baş tutub. Üsyan Çin iqtisadiyyatını istismar edən Qərb müstəmləkəçilərini qovmaq məqsədi daşıyırdı. Lakin həmin vaxt Böyük Britaniya, Rusiya, Yaponiya, Fransa, Almaniya, İtaliya, ABŞ və Avstriya-Macarıstanın daxil olduğu səkkizli koalisiya Çini işğal edib və üsyanı yatırdı.
“AzPolitika.info”


Şərhlər