Menu

Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 2 minə yaxın şəxsə cinayət işi açılıb

25.04.2023, 16:23
Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 2 minə yaxın şəxsə cinayət işi açılıb

Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 1 786 min nəfərə cinayət işi açılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, 143 şəxs barədə 118 cinayət işi məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.

Məlumata görə, 756 nəfər fərarilikdə ittiham olunur.

Onlar İkinci Qarabağ müharibəsi zamanı hərbi hissəni icazəsiz tərk etməkdə, fərarilik və xidmətdən yayınmada ittiham olunurlar.

Şərhlər

B.Qarabağlı 2023-04-25 22:55:21

Azərbaycanın dünyaca məşhur hüquq müdafiəçiləri üçün uyğun şans! Onlar heç də fərarı və ölkə xəyanətkarları deyillər? Onlar qonşu ölkənin vəhşi dağıntılar və etnik soyqırım terroru cinayətlərindən imtina etmiş sülhsevər vətəndaşlardır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol