Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xaricdəki aktivlərinə həbs qoyulması halında cavab tədbirləri haqqında fərman imzalayıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Belə ki, xaricdə Rusiya əmlakına həbs qoyulması və ya hüquqlarının məhdudlaşdırılması halında, qeyri-dost ölkələrin aktivləri üçün xarici idarəetmə tətbiq ediləcək.
Qeyri-dost ölkələrin aktivlərinin müvəqqəti idarə edilməsinə Rusiya Prezidentinin qərarı ilə xitam verilə bilər.
Müvəqqəti idarəetməyə verilməli olan aktivlərin siyahısına "Unipro" və "PJSC Fortum"dakı xarici səhmdarların səhmləri daxildir.


Şərhlər
Bu adamda sade bir insani beşeri mehebbet anlayışı yoxdur ve anlamur ki beşer tarixinde müharibeler sonda sülhle sonunclanır,körpüleri tam yandırnaq,inad etmek olmaz,sülhe teşebbüs göstermek lazımdır.