Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.
Tərəflər Cənubi Qafqazdakı mövcud durumu müzakirə ediblər.
N.Paşinyan və Ş.Mişel Ermənistan və Azərbaycan arasında aparılan danışıqların gedişatını müzakirə ediblər. Tərəflər regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini qeyd ediblər.


Şərhlər
Bir diqqət edin Ermənistanın rəhbər işçiləri dünya ölkələrinə ard-ardına səfərlər edib öz problemlərini yalan-doğru həll etməyə səy göstərirlər.Bəs bizimkilər niyə yuxudadırlar.Axı sonra gec olur.Məsələlərimzi niyə xarici ölkələrdə həllinə çalışılmır?