Menu

“Lavrov təlxək, Rusiya isə terrorçudur...” - Çexiyadan sərt cavab

26.04.2023, 13:27
“Lavrov təlxək, Rusiya isə terrorçudur...” - Çexiyadan sərt cavab

Rusiyanın XİN başçısı Sergey Lavrovun Çexiya Prezidenti Pyotr Pavelin Çin barədə açıqlamalarına reaksiyası Çexiya ilə Rusiya arasında diplomatik qarşıdurmaya səbəb olub.

Xatırladaq ki, Çexiya Prezidenti Qərb mətbuatına son müsahibəsində Çinə vasitəçi kimi etibar etməyin doğru olmadığını bildirib: “Çinə Rusiya ilə Ukrayna arasındakı müharibədə vasitəçi kimi etibar etmək olmaz, çünki Pekinə müharibənin davam etməsi sərf edir”. Ancaq maraqlıdır ki, Çin dura-dura bu açıqlamaya Rusiya XİN başçısı Sergey Lavrov cavab verib və deyib ki, Pavelin dedikləri “normal siyasi xadimin işinə uyğun deyil”.

“AzPolitika.info” xəbər verir ki, Çexiya XİN başçısı Yan Lipavski Lavrovun Çexiya Prezidenti barədə dediklərinə sərt cavab verib və Lavrovu “təlxək”, Rusiyanı isə “terrorçu dövlət” adlandırıb: “Təlxək Lavrovun bizim Prezident Pavel barədə dedikləri sadəcə, gülməlidir. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısında cavab verməlidir”.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol