Tanınmış siyasətçi İsa Qəmbərin oğlu İlkin Qəmbərin tviter paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.
İlkin Qəmbər qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”.
İlkin Qəmbərin paylaşımı sosial şəbəkələrdə sərt tənqid olunub. Daha sonra o, tviterdəki hesabını yalnız dostlarına açıq edib.

Qeyd edək ki, hazırda Kanadada yaşayan İlkin Qəmbər “Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film”in müəlliflərindən biridir.
“İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır”.
Bu fikirləri “Laf TV”nin efirində tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər: “Onun mövqeyində, fikirlərində müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük, üz-üzə danışa bilmirik. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ( Kings and Generals) açıblar. Yüzlərlə tarixi film çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var.
Sözügedən filmə ( Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film - red.) baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm, amma "soyqırım"la bağlı (“Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir "soyqırım" olmayıb. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün "soyqırımla" bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.

Şərhlər
Tarixdə 18ci əsrə qədər nə *hay*, nə *erməni*, nə də *krikor*ianlara, ya anlayışlara de fakto rast gəlinməyib! Hamısı sonradan yozulub və diqqət yetirsəniz əski tarixlərə (yamaq kimi) əlavə edilib. Bunlar daha fəallıqla Çarlıq iflas Osmanlıdan qənimət Qafqaz Türkiyəsinin güneyində *krikor*ian (xorzlar) sektasına Eçmiadzin etnik muxtarlığı verdiyi 1795ci il tarixindən start götürüb.
Buna görə İsa Qəmbərə nə deyə bilərəm?Heç nə.Çünki atalar oğullara cavabdeh deyil.Sadəcə onu deyə bilərəm ki,hər qəlyan çəkən Stalin olammaz.Oğlunun sözlərinə gəlincə,məsələ belədir ki,türk dünyasında kim Nobel mükafatı almaq istəyirsə erməni soyqırımından yapışır Orxan Pamuk kimi.O üzdən böyük bir ehtimalla bu da Nobel mükafatı həvəsindədir.Al bala,al.Amma unutma ki,Konfutsi deyib ki,”görsəniz ki balaca adamların kölgəsi böyüyür,bilin ki gün batmaq üzrədir”.
.Kim bilir,ermənilərlə əlbir də ola bilər.
duz deyibler atalar ot koku uste biter.
isa bey sen ona ne yedirdib içirmisen ki belə nankor çıxdı-Azerbaycanın çöreyinin duzu yoxdur--kim faydalanıb sonu nankorluq-tıpqı pazar dezgahı gibi evveli tər təmiz-arxadan hep çürük çıxırlar--bu xalq içinden özünü təmizleyecek--türklüyünü herkese mutlak ha gösterecek
elə oğulu dəftərdən silərlər.
Sənin oğlunun erməniylə nə fərqi ???
“Yaşa” müxalifet ,bunlar heç ailede siyasi ideologi işleri bu gündedirse görün hakimiyyete gelsrler biz ne günde olarıq.Allah bundan beterinden saxlasın.