Menu

Krımdakı hospitalda terror həyəcanı – FTX əməliyyat keçirdi

26.04.2023, 17:05
Krımdakı hospitalda terror həyəcanı – FTX əməliyyat keçirdi

Rusiya Federal Kəşfiyyat Xidməti (FTX) Simferopolda Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Kliniki Hospitalında terror aktı hazırlayan şəxsi həbs edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, saxlanılan şəxs Rusiya vətəndaşıdır.

Xüsusi xidmət orqanının İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, axtarış zamanı saxlanılan şəxsdən üzərində mismar formasında deşici vurucu elementləri olan kustar üsulla hazırlanmış partlayıcı qurğu, eləcə də evdə hazırlanmış yandırıcı partlayıcı götürülüb.

Xüsusi xidmətin istintaq bölməsi tərəfindən terror aktının hazırlanması və qanunsuz olaraq silah və partlayıcı maddələrin saxlanması və ya dövriyyəsi maddələri ilə cinayət işi başlanıb.

FTX xüsusi əməliyyatın digər təfərrüatlarını və saxlanılan şəxsin kimliyini açıqlamayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol