Menu

Rusiyada daha bir məşhur bloger saxlanıldı – FOTO

27.04.2023, 13:31
Rusiyada daha bir məşhur bloger saxlanıldı – FOTO

Rusiya İstintaq Komitəsi məşhur rusiyalı Instagram-bloger Elena Blinovskayanın saxlandığını açıqlayıb. Beş milyon abunəçisi olan "Arzular Marafonu" fərdi inkişaf kurslarının müəllifi 918 milyon rubl məbləğində vergi ödəməməkdə şübhəli bilinir.

İstintaq Komitəsinin məlumatına görə, Blinovskaya xaricə qaçmaq istəyərkən saxlanılıb. Yayılan video çəkilişin kadrlarından belə görünür ki, o, aprelin 27-də səhər saatlarında “Maybach” markalı avtomobillə keçdiyi Smolensk vilayətindəki sərhəd-keçid məntəqəsində saxlanılıb.

Blinovskaya vergidən yayınmaqda ittiham olunan ilk məşhur Instagram blogeri deyil. Mart ayında İstintaq Komitəsi bloger Aleksandra Mitroşinaya qarşı külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət işi açıb. Martın ortalarında bloger Valeriya Çekalina və onun əri Artyom Çekalinə qarşı irimiqyaslı çirkli pulların yuyulmasında ittiham irəli sürülüb.

“Forbes” jurnalının rus versiyası yazıb ki, 2022-ci ilin yayından etibarən Federal Vergi Xidməti ictimai rəyə təsir göstərən populyar şəxsləri və onlarla əməkdaşlıq edən agentlikləri aktiv şəkildə yoxlayır. Bu, anonim “Telegram” kanallarının sahiblərinin kütləvi saxlanması ilə üst-üstə düşüb. "Proekt" nəşri yazır ki, bu bazar hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol