Menu

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

27.04.2023, 16:26
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 40 rus hərbçisi azad edilib.

Həmçinin 2-si mülki vətəndaş, 42-si hərbçi olmaqla ümumilikdə 44 ukraynalının Rusiya əsirliyindən azad edildiyi bildirilib.

Məlumatda bildirilib ki, əsirlərin dəyişdirilməsi Ukrayna Prezident Aparatı, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının birgə səyləri ilə həyata keçirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol