Qomel vilayətinə səfər edən Belarus Prezidenti Aleksandr Lukaşenko yerli sakinlərlə görüşündə Ukraynadakı müharibə barədə danışıb.
“AzPolitika.info” Belarus mətbuatına istinadla xəbər verir ki, Lukaşenko müharibə istəmədiyini və heç kimin torpağında gözünün olmadığını bildirib: “Mən döyüşmək istəmirəm. Mən həmişə müharibə barədə danışan olanda təəccüblənirəm. Qomeldə insanlar gərgindir. Bəli, Qomel və Brest vilayətləri cəbhəyanı bölgələrə çevrilib. Ancaq bu, o demək deyil ki, kimsə üzərimizə müharibə ilə gəlməyə hazırlaşır… Odur ki, mənim hansısa müharibəyə başlayacağımı düşünməyin. Bir daha altını cızıram – biz sülh adamlarıyıq və özgəsinin torpağı bizə lazım deyil”.
Qeyd edək ki, bir müddət əvvəl Vladimir Putinlə Aleksandr Lukaşenko arasında Belarusda taktiki nüvə silahı yerləşdirilməsilə bağlı razılıq əldə olunub.
“AzPolitika.info”


Şərhlər
Vəziyyəti görüb özünü sığortalayır