“Aprelin 28-i saat 21:00-dan aprelin 29-u saat 11:10-dək Azərbaycanın təhlükəsizlik qüvvələri Şuşa şəhəri yaxınlığında Ermənistandan Qarabağa yüklər aparan Rusiya sülhməramlı qüvvələrinin maşınlarını saxlayıb. 14 saat çəkən yoxlamalardan sonra onların hərəkətinə icazə verilirb”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Xankəndindəki sepaaratçı rejimin “informasiya xidməti” məlumat yayıb.
“Bir az əvvəl sülhməramlı qoşunların komandanlığı ilə Azərbaycan təhlükəsizlik qüvvələri arasında aparılan danışıqlar nəticəsində maşınların hərəkətinə icazə verilib və onlar Xankəndinə doğru hərəkət ediblər”, -xəbərdə bildirilir.
Qeyd olunur ki, yük maşınlarında əsasən ərzaq və məişət əşyaları olub.
Rəsmi orqanlar bu iddiaları hələlik şərh etməyiblər.
Lakin Azərbaycan teleqram-kanallarının məlumatına görə, yolda hərəkət ekofəalların düşərgəsinin sökülməsilə əlaqədar dayandırılıb.
Rasim
“AzPolitika.info”

Şərhlər
"Sülhməramlıların" maşınları hər zaman yoxlanılmalıdır, həm sərhəddə həm də Suşaya girişdə. Əsgərlər və zabitlər Moskoviyanın bu durumunda hər cür təxribataə gedə bilərlər
Sülhməramlı,ya müharibəməramlı,ya terrorməramlı,kim olur-olsun,sərhəddən kim keçirsə mütləq yoxlanmalıdır dünyanın hər ölkəsində olduğu kimi.Bunlar Azərbaycan ərazisində sülhü qorumaq üçün dayanmalıdırlar,amma səhərdən axşama kimi ermənistandan Qarabağa,Qarabağdan ermənistana nələrisə daşıya-daşıya durublar.A balam,sizləri Moskva bura daşıma-çatdırılma sektoru kimi göndərib ki?Nə qədər daşımaq olar ikicə min əsgərə yemək-içmək,silah-sursat?İki il yarımdır daşıyırsınız,sonu yoxdurmu bu daşımaların?Ona görə də şübhəliyik,hər gün,hər saat yoxlanmalıdırlar.Azərbaycan içində yoxlamamalıyıq,yaxşı,başa düşdük.Amma sərhədi o yan-bu yana nəzarətsiz gedib gələ-gələ həsənsoxdu dəyirmanına döndərməyə heç bir haqqınız yoxdur.Bir də ki sizlərə nə lazımdırsa Bakı üzərindən almalı deyilsinizmi?Ermənistanda nə itiniz azıb?Siz ermənistan ərazisində sülhməramlı olaraq dayanmısınız ki?
Sülhməramlıların işi Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini qorumaqdır.Sərhədlərimizi qorumaq isə Sərhəd xidməti və Gömrük xidmətinin işidir.