Menu

“Müharibə illər, hətta on illərlə davam edə bilər” – Zelenski

29.04.2023, 15:27
“Müharibə illər, hətta on illərlə davam edə bilər” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski gözlənilən əks-hücum əməliyyatının uğurunun Qərb silahlarından asılı olduğunu bildirib.

“AzPolitika.info” xəbər verir ki, Skandinaviya ölkələri telekanallarına müsahibə verən Zelenski həmçinin, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsinin illərlə, hətta on illərlə davam edə biləcəyini söyləyib: “İndi başqa ölkələr üçün Ukraynanı dəstəkləmək daha ucuz başa gəlir, nəinki Üçüncü Dünya Müharibəsinin başlanması”.

Jurnalistlərin Ukrayna Ordusunun əks-hücumunda Qərbin verəcəyi hərbi təyyarələrin rolu barədə danışan Ukrayna Prezidenti deyib ki, onlar bu təyyarələri gözləməyəcəklər və hələ onları almadan hücuma keçəcəklər: “Doğrusu, onlar çox kömək edərdilər. Ancaq biz bunu uzatmayacağıq və bizdə “F-16”-lar və digərləri peyda olana qədər başlayacağıq. Rusiyanı sakitləşdirmək ki, biz hələ bir neçə ay həmin təyyarələri öyrənəcəyik və sonra başlayacağıq… Yox, belə olmayacaq. Biz başlayacağıq və irəliləyəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-04-29 23:31:42

Məncə Bayden 10 il yaşamaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol