Menu

ABŞ-da şənlik zamanı damın uçması nəticəsində 30-dan çox insan xəsarət alıb

30.04.2023, 21:29
ABŞ-da şənlik zamanı damın uçması nəticəsində 30-dan çox insan xəsarət alıb

ABŞ-ın Kolumbus şəhərində tələbələrin şənliyi zamanı damın uçması nəticəsində 30-dan çox insan xəsarət alıb. Bu barədə “Report” NBC4 telekanalına istinadən xəbər verir.

Qeyd olunur ki, dam örtüyü üzərinə çoxlu sayda insan toplaşanda uçub.

Zərərçəkənlərdən 14-ü xəstəxanaya yerləşdirilib, daha 20 nəfərə həkimlər hadisə yerində yardım göstərib.

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol